Əmlak
Bakının bəzi ərazilərində torpaqlar BAHALAŞDI
Torpaqların qiyməti qalxıb. Ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlərdə xeyli artım var.
Publika.az "Xəzər "TV-yə istinadən xəbər verir ki, "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Orucun sözlərinə görə, zaman keçdikcə torpaq sahələrinin sayı azalır. Buna görə də qiymətlər yüksəlir. Hazırda artım Səbail rayonunda 41%, Yasamalda 38%, Nəsimidə isə 27%-dir. Səbail rayonunda bir sot torpağın orta qiyməti 425 002 manat təşkil edir. Yasamalda bu rəqəm 209 258, Nəsimi rayonunda isə orta qiymət 298 028 manatdır.
Əmlak eksperti Elnur Azadov bildirib ki, daşınmaz əmlak bazarında kəskin bahalaşma var. Torpaqların qiyməti sürətlə artır. Səbail, Nəsimi və Yasamal rayonları ilə yanaşı, hazırda digər rayonlarda da qiymət artımı müşahidə olunur.
O qeyd edib ki, Xətai rayonunda inşa olunan "Ağ Şəhər" layihəsi ilə bağlı bu ərazidə olan torpaqların qiyməti də son 1 il ərzində 50% artıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi







.jpg)

























