Əmlak
Sumqayıtda böyük söküntü başlayır - VİDEO
Sumqayıt şəhərində uzun müddətdir qəzalı vəziyyətdə olan, "Fin evləri" kimi tanınan ikimərtəbəli yaşayış binalarının söküntüsünə başlanılıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən ərazidə söküntü işləri aparılır.
Publika.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hazırda söküntü işləri xüsusi texnikanın köməyi və təhlükəsizlik qaydalarına tam riayət olunmaqla davam etdirilir. Ərazidə fəaliyyət göstərən briqadalar əvvəlcə kommunikasiya xətlərini təhlükəsiz şəkildə ayırıb, daha sonra binaların mərhələli şəkildə sökülməsinə başlayıblar.
Bildirilib ki, yeni layihə Sumqayıt şəhərinin ümumi inkişaf konsepsiyasına uyğun şəkildə həyata keçiriləcək və ərazinin sosial infrastrukturunun yenilənməsinə mühüm töhfə verəcək. Aparılan işlər sakinlər tərəfindən də müsbət qarşılanır.
Layihə çərçivəsində yeni yaşayış binalarının inşası ilə yanaşı, abadlıq işlərinin aparılması, uşaq oyun meydançalarının, park zonalarının, parkinq sahələrinin və ictimai istifadə üçün nəzərdə tutulan digər obyektlərin yaradılması planlaşdırılır.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda bu proses şəhərin bir neçə yaşayış massivində - 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrdə ardıcıl və planlı şəkildə davam etdirilir. Gələcəkdə digər ərazilərdə də oxşar işlərin aparılması nəzərdə tutulur.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ







.jpg)

























