Əmlak
Yasamalda həm hazır, həm də tikintidə olan mənzillər: illik 8%-dən başlayan güzəştli kreditlə - ƏTRAFLI
Yeni ev almaq istəyirsən, amma qarşıda bircə mənzil yox, çoxlu sual dayanır: harada olsun, neçə otaqlı olsun, hazır olsun, yoxsa tikintidən seçim edilsin? Əslində, seçim imkanları nə qədər çoxdursa, sənə uyğun mənzili tapmaq da bir o qədər rahat olur. Park Yasamal-da isə bu seçimlər kifayət qədərdir.
Yasamal rayonunda, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaxınlığında yerləşən Park Yasamal böyük bir yaşayış kompleksinin davamıdır. Burada həm hazır, həm də tikintisi davam edən binalarda müxtəlif sahə və otaq sayında mənzillər təqdim olunur. İstər daha kompakt mənzil, istər geniş ailə evi axtarasan, seçimlər arasından özünə uyğun variant tapa bilərsən.
.jpg)
Üstəlik, bəzi mənzillərdə bağça və terras seçimi də var. Bina evində şəxsi açıq məkanın olması isə gündəlik həyata ayrıca rahatlıq qatır – səhər qəhvəsini açıq havada içməkdən uşaqlar üçün kiçik oyun guşəsi yaratmağa qədər.
.jpg)
Mənzillər tam təmirli şəkildə təhvil verilir. Beləliklə, ev aldıqdan sonra aylarla təmir, usta və material seçimi ilə məşğul olmaq əvəzinə, mənzilinə yerləşməyə başlaya bilərsən. Təmir zamanı Almaniyanın “HARO” parketləri, İtaliyanın “GEWISS” elektrik açarları, “Prysmian” yanmayan kabelləri, “Zambaiti Parati” divar kağızları, Almaniyanın “GROHE” hamam aksesuarları və İtaliyanın “Infinity” keramoqranitlərindən istifadə olunur.
Park Yasamal-da yaşayış yalnız mənzillə məhdudlaşmır. Geniş yaşıl park, göl ətrafı istirahət zonaları, futbol meydançası, özəl uşaq bağçası, təhlükəsiz avtodayanacaq və 24/7 kamera-nəzarət sistemi gündəlik həyatı daha rahat edir. Ərazidə gündəlik ehtiyaclar üçün lazım olan imkanlar da yaxınlıqda yerləşir.
.jpg)
Mənzil sahibi olmaq istəyənlər üçün yeni şərtlər ilə illik 8%-dən başlayan güzəştli kredit imkanları təqdim olunur. Bundan əlavə, mənzilləri 20 ilədək ipoteka krediti ilə əldə etmək mümkündür. “Kristal”ın “Evini hissə-hissə al” modeli ilə isə mənzilə faizsiz və aylıq öhdəliksiz, mərhələli şəkildə sahib olmaq mümkündür. İstədiyin sahəni bu gündən kvadrat-kvadrat al, gələcəyinə yatırım et!
Sənə uyğun mənzili yerində görmək və satış şərtləri ilə tanış olmaq üçün “Kristal”ın satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsinə zəng edə bilərsən.
Ətraflı: *1544
-
Əmlak08:55MİDA güzəştli mənzilləri satışa çıxarır
-
ABŞ08:36“SpaceX” və “Tesla” şirkətləri bu tarixdə birləşə bilər
-
Magazin106:16Onlar olmadan “Eşref Tek” maraqsız olardı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin






.jpg)






























