SSRİ-ni dünyaya rəngli formada təqdim edən jurnal – FOTOLAR
Bizi izləyin

Foto

SSRİ-ni dünyaya rəngli formada təqdim edən jurnal – FOTOLAR

Bu yazıda dərc olunan fotolar İosif Stalinin hakimiyyətinin son illərində və ondan sonra mövcud olan dövrü əks etdirir. Həmin dövrdə SSRİ-də daha çox ağ-qara fotolar, qəzet və jurnallar dəbdə olsa da, bəzən Sovet İttifaqı özünü dünyaya rəngli formada da təqdim edirdi.

Publika.az xəbər verir ki, belə jurnallardan biri də “Ogonek” idi.

Fotoda gördüyünüz “Ogonek” dərgisi 1952-ci ilin sentyabr ayında üz qabığı ingilis dilində dərc olunan rəngli jurnaldır. Sözügedən jurnal rus və ingilis dilləri ilə yanaşı, fransız, alman və ispan dillərində dərc olunurdu. Jurnalın çapının əsas məqsədi SSRİ-ni dünyaya və Qərbə rəngli, demokratik və uca təqdim etmək idi. SSRİ-nin kommunizm ideyalarını təbliğ edən jurnalın digər məqsədi isə Sovet İttifaqı ölkələrinə Avropa və Amerikanın simpatiyasını qazandırmaq olub. Təsadüfi deyil ki, “Ogonek” jurnalı Qərbdə “SSRİ-nin maqazin jurnalı” adlandırılırdı.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm