Dünyadan bixəbər insanlar - XOŞBƏXTLİYİN FOTOLARI
Bizi izləyin

Foto

Dünyadan bixəbər insanlar - XOŞBƏXTLİYİN FOTOLARI

Urbanizasiya prosesinin bu dərəcədə aktiv bir dövründə sənaye şəhərlərindən və şəhərlərarası yollardan uzaqda yaşayan texniki irəliləmələrin, inkişafın toxunmadığı insanları tapmaq demək olar ki, qeyri-mümkündür. Lakin amerikalı fotoqraf Cimmi Nelson qeyri-adi bir layihəyə imza atıb. O, "Before They Pass Away"(Yox olmazdan əvvəl onlar) layihəsi çərçivəsində inkişaf dövrü keçməmiş tayfa və xalqların nümayəndələrinin fotolarını çəkib.

Cimminin sözlərinə görə, planetin daha çox resurs tələb etdiyi yaxın gələcəkdə hətta bu insanlar yox olacaq: "Mən onların qeyri-adi ənənələrini, həyat tərzlərini və maraqlı görünüşlərini əbədiləşdirmək istəyirəm. Nə qədər ki onlar yer üzündən silinməyib bizimlə eyni əsrdə yaşayan lakin tamamilə fərqli həyat sürən insanları dünyaya tanıtmaq istəyirəm. Bu layihə bir növ dünyanın sürətlə məhv olmağa doğru gedən etnoqrafiyasının əbədiləşdirilməsinə xidmət edir".

Publika.az məhvlə üz-üzə olan cəmiyyətin qeyri-adi mədəniyyətini, həyat tərzini və nümayəndələrinin maraqlı fotolarını təqdim edir:

1. Asaro tayfası. İndoneziya və Papua-Yeni Qvineya 2010-cu il.

2. Çin balıqçılarının tayfası. Quansi, Çin 2010-cu il

3. Masai tayfası. Keniya və Tanzaniya 2010-cu il

4. Nenlər. Sibir, Yamal 2011-ci il.

5. Korovai. İndoneziya və Papua-Yeni Qvineya 2010-cu il.

6. Karo tayfası. Efiopiya 2011-ci il.

7. Dasaneç tayfası. Efiopiya 2011-ci il.

8. Vanuatu tayfası. Ra La adası, Torba əyaləti 2011-ci il.

9. Ladakxi tayfası. Hindistan 2012-ci il.

10. Mursi tayfası. Efiopiya 2011-ci il.

11. Rabar tayfası. Hindistan 2012-ci il.

12. Mustanq tayfası. Nepal 2011-ci il.

13. Maori tayfası. Yeni Zelandiya 2011-ci il.

14. Qoroka tayfası. İndoneziya və Papua-Yeni Qvineya 2011-ci il.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm