Söküləcəyi deyilən “Təzə Bazar”dan FOTOREPORTAJ
Bizi izləyin

Foto

Söküləcəyi deyilən “Təzə Bazar”dan FOTOREPORTAJ

Bakının qədim bazarlarından biri olan “Təzə Bazar” son günlərdə fəaliyyətini dayandırması ilə bağlı gündəmə gəlib.

1949-cu ildə Nəsimi rayonu ərazisində yaranan bazar öncə iki hissədən ibarət olub. 1,5 hektar ərazinin bir hissəsində Bakı Şəhər Mərkəzi Bazarı, digərində isə “Təzə Bazar” yerləşib.

İki ay öncə “Təzə Bazar MMC” ləğv edilib. Lakin bazarın digər hissəsi fəaliyyətini davam etdirməkdədir.

Bazarın yeni səhmdarı olan “FMC” şirkətindən Publika.aza verilən məlumatda bazarın tamamilə bağlnılması və başqa yerə köçürülməsi iddiaları təkzib edilib. Şirkətin səlahiyyətli nümayəndəsi bildirib ki, “FMC” şirkəti tam yeni tərzdə bazar qurmaq niyyətindədir və bu məqsədlə artıq işlərə start verilib.

Belə ki, buradakı məhsullar çeşidlənəcək, piştaxtalar sıralanacaq, yeni avtomobil parkı salınacaq və beləliklə, bazardakı qarışıqlıq aradan götürüləcək. Şirkət bununla müştərilərin rahatlığı təmin etmək və alıcılıq qabilliyətini artırmaq niyyətindədir.

Publika.az bazardan fotoreportajı təqdim edir:

Zümrüd,

Foto: Elnur Muxtar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm