Foto
Türkiyə 11 yaşlı bu qızın etdiklərindən danışır: Prezident sarayına dəvət etdi - FOTOLAR
Türkiyənin Rizə şəhərində yeni bala vermiş keçini kürəyində daşıyan azyaşlı qız gündəm olub.
Publika.az xəbər verir ki, fotoları sosial mediada sürətlə yayılan 11 yaşlı Həmdü Səna Bilgin Türkiyə prezidentinin də diqqətini çəkib.
Rəcəb Tayyib Ərdoğan Həmdü Sənanı 29 oktyabr Cümhuriyyət bayramına dəvət edib.
Həmdü Sənanın ailəsi heyvandarlıqla məşğul olur. Azyaşlının bir anda bu qədər diqqət çəkməsi də məhz onun gündəlik heyvandarlıq fəaliyyətilə bağlıdır.
Bir gün Həmdü Səna heyvanlarla birgə evdən uzaqlaşarkən keçilərdən biri doğur. O, evə qayıdır və məktəb çantasını götürür. Keçinin yeni doğulmuş balasını çantasına qoyur və çantanı çoban itinin belinə bağlayır. Keçini isə kürəyinə alıb və evə aparır. Həmdü Sənanın bu qoçaqlığını 15 yaşlı qardaşı Əli Rəhman lentə alıb.
Azyaşlı qızın fotoları sosial mediada sürətlə yayılıb və böyük bəyənmə sayı toplayıb.
Zümrüd
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR