Bu da Ərdoğanın qızının ailəsi - - FOTO
Bizi izləyin

Foto

Bu da Ərdoğanın qızının ailəsi - - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkəni, Maliyyə naziri Berat Albayrak övladları və həyat yoldaşı ilə birgə çəkdirdiyi fotosunu paylaşıb.

Publika.az xəbər verir ki, nazir tvitter hesabından izləyiciləri ilə bölüşdüyü fotonun qeyd bölməsinə “ailə sevgi, sədaqət, mərhəmət və inam istəyir” sözlərini yazıb.

Albayrak sözlərinə belə davam edib: “Ailəmizin sənət ruhlu və incə üzvü Mahinurumuz məzun oldu. Doğulduğu gün sanki dünən idi. Üzündəki məsum təbəssümü heç bir pislik silməsin. Vətəninə, millətinə xidmət etməkdən heç nə uzaqlaşdırmasın səni və sənin kimi bu millətin bütün məsum uşaqlarını. Ailə sevgi, sədaqət, mərhəmət və inam istəyir. Bundan bixəbər olanlara xoşbəxt ailə tablosu acı verir. Dünyanın bütün çətinliklərinə sinə gərmək gücünü bu tablodan almağı mənə nəsib etdiyi üçün Rəbbimə şükür edirəm”.

Qeyd edək ki, foto nazirin qızı Mahinur Albayrağın məzuniyyət gecəsində çəkilib.

Berat Albayrak Rəcəb Tayyib Ərdoğanın Esra adlı qızı ilə evlidir. Cütlük 3 övlad sahibidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm