Bu gün həlak olan şəhidimiz dəfn olundu - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Bu gün həlak olan şəhidimiz dəfn olundu - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, iyulun 16-da səhər saat 05.45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilib.

Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

Publika.az xəbər verir ki, Ağstafa rayonu Kolxəlfəli kənd sakini Nazim İsmayılov 1996-cı il təvəllüdlüdür. 24 yaşlı hərbçi Ağstafa Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Şəhid N.İsmayılov doğulduğu Kolxəlfəli kəndində dəfn edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm