2,7 milyard dollarlıq ixrac həyata keçirilir
Bizi izləyin

İqtisadi gündəm

2,7 milyard dollarlıq ixrac həyata keçirilir

2,7 milyard dollarlıq ixrac həyata keçirilir

2,7 milyard dollarlıq ixrac həyata keçirilir Ölkəninn rezidentləri dünyanın 101 ölkəsinin hüquqi və fiziki şəxslərlə ticarət əməliyyatları həyata keçirib.

Dövlət Statistika Komitəsindən Publika.Az-a verilən məlumata görə, 46 ölkəyə əmtəə ixrac olunub, 99 ölkədən idxal həyata keçirilib. Xarici ticarət dövriyyəsi iştirakçılarının 39-u Avropa, 17-i Amerika, 34-ü Asiya ölkələri və digərləridir.

Ay ərzində xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən 3,2 milyard ABŞ dolları, o cümlədən ixrac 2,7 milyard dollar, idxal isə 535,2 milyon dollar təşkil edib. Nəticədə 2,1 milyard dollarlıq müsbət saldo yaranıb.

İxrac məhsulları arasında xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, idxal məhsulları arasında qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqları, nəqliyyat vasitələri və onların hissələri üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 2013-cü ilin yanvar ayı ilə müqayisədə 8,0 faiz artaraq 119,1 milyon dollar olub.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm