Novruz Bayramına qədər bütün pensiyalar veriləcək
Bizi izləyin

İqtisadi gündəm

Novruz Bayramına qədər bütün pensiyalar veriləcək

Novruz Bayramına qədər bütün pensiyalar veriləcək

“Azərbaycanda mart ayı üzrə pensiyaların maliyyələşdirilməsi Novruz bayramınadək başa çatdırılıb”. Publika.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondu (DSMF) sədri Elman Mehdiyev deyib.

O bildirib ki, mart ayı üzrə pensiyaların maliyyələşdirilməsinin Novruz bayramınadək yekunlaşdırılması planlaşdırılıb. Buna uyğun olaraq artıq pensiyaların maliyyələşməsi bütün ölkə üzrə tam başa çatdırılıb və müvafiq vəsaitlər pensiyaçıların hesablarına köçürülüb:“Ümumilikdə, bu ilin yanvar və fevral aylarında da pensiyaların maliyyələşdirilməsində heç bir problem müşahidə olunmayıb”

Qeyd edək ki, 2014-cü ilin yanvarın 1-i tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 277 053 nəfər təşkil edir. Onlardan 62 faizi yaşa görə, 27,3 faizi əlilliyə görə, 10,7 faizi ailə başcısını itirməyə görə əmək pensiyası alır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm