Elmira Axundova Zeynəb Xanlarovaya qarşı çıxdı
Bizi izləyin

İqtisadi gündəm

Elmira Axundova Zeynəb Xanlarovaya qarşı çıxdı

Elmira Axundova Zeynəb Xanlarovaya qarşı çıxdı: “Xəzərboyu ərazi hasarlanmalıdır”

Xəbər verdiyimiz kimi, otən dəfə Milli Məclisin iclasında millət vəkili Zeynəb Xanlarova Xəzər dənizi boyu hasarların çəkilməsinə irad bildirmişdi. Publika.Az-ın məlumatına görə, bu gün millət vəkili Elmira Axundov Zeynəb Xanlarovanın fikirlərinə əks gedərək çimərliklərin hasarlanmasının tərəfdarı olduğunu bildirdi.

“İlk olaraq mən də Xəzərboyu hasarlamaların əleyhinə idim. Bu gün bunun tam tərəfdarıyam”, – deyə deputat qeyd edib.

“Gəlin, Şüvəlan, Buzovna qəsəbələrindəki pulsuz çimərliklərə nəzər salaq. Deyərdim ki, Balaxanıdakı zibilxana oradan daha səliqəli, daha təmizidir. Çimərliklərin bu günə düşməsində təbii ki, özümüz günahkarıq. Amma bizimlə yanaşı dövlət qurumları da məsuliyyət daşıyır. Xəzər rayon İcra Hakimiyyəti, rayon bələdiyyəsi ərazidə təmizləmə işi aparmır. Halbuki pulsuz çimərliklərə bitişik olan ödənişli çimərliklərdə ciddi təmizlik hökm sürür. Bu da suallara cavabdır. Qarşıdan yay gəldiyi üçün ictimai çimərliklərin ətraf ərazilərinin ekoloji problemi gündəmə gəlir. Bütün dövlət qurumları “Təmiz şəhər" ASC-dən ibrət götürsün. Bu şirkət qısa müddət ərzində Bakı şəhərinin tullantılardan təmizlənməsində əhəmiyyətli işlət görüb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm