İqtisadi gündəm
Bayram bazarlığında qabağa düşmək istəyənlər üçün Novruz yarmarkaları - FOTO
Bu gündən etibarən mart ayının 20-nə kimi Bakının Binəqədi, Xətai, Yasamal və Nərimanov rayonlarında kənd təsərrüfatı mallarının yarmarkası təşkil edilib.Artıq səhər saatlarından başlayaraq şəhər sakinlərinin yarmarkaya axını müşahidə olunur.
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bununla bağlı bildirib ki, yeni qapalı formada qurulan yaramarkalarda əlverişli ticarət mühiti, sanitar norma və qaydalara riayət olunması üçün hər cür şərait yaradılıb. Qiymətlər isə alıcılar üçün münasibdir: “Bizim mütəxəssislər və digər mütəxəssislərlə birlikdə bazarda monitorinqlər keçirilir. Həmin monitorinqlərin nəticələrinə müvafiq olaraq, biz satıcılara tövsiyə edirik ki, bazar qiymətlərindən müəyyən dərəcədə 20-30, bəzən 40 faiz ucuz qiymətə o məhsulları satsınlar”.
Nazir müavini bildirir ki, ilk növbədə məhsulların keyfiyyət göstəriciləri yüksək olmalıdır. Bunun üçün hazırda baytarlıq və karantin xidmətinin mütəxəssisləri araşdırma aparır.
Yerli icra orqanları və Kənd Təsərrüfatı Nazirliyinin təşkil
etdiyi yarmarka digər nazirliklərin də dəstəyi ilə həyata
keçirilir. Yarmarkada kənd təsərrüfatı mallarından başqa ət və süd
məhsulları istehsal edən şirkətlərin malları da satışa
çıxarılıb.
Qeyd edək ki, bu il Bakının 7 ərazisində açılması nəzərdə tutulan
yarmarkalardan artıq 5-i fəaliyyətə başlayıb. Hər bir şəraiti olan
yarmarka çadırları Almaniyadan gətirilib.
Nərgiz Liftiyeva
Fotolar müəlifindir
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR