Daha bir qubernator Xocalı qətliamını tanıdı - BƏYANAT
Bizi izləyin

İqtisadi gündəm

Daha bir qubernator Xocalı qətliamını tanıdı - BƏYANAT

ABŞ-ın Montana ştatının qubernatoru Stiv Bullok rəsmi bəyanat imzalayaraq Xocalı qətliamının növbəti ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib.

Publika.az xəbər verir ki, amerikalı qubernator bəyanatında ştat sakinlərini 26 fevral tarixini “Xocalını Anma Günü” günü kimi tanımağa və yad etməyə çağırıb.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna daxil olmuş sənəddə Xocalı qətliamı müharibə dəhşətlərindən biri kimi pislənilib.

Bəyanatda S.Bulok bildirir: “Biz montanalılar bu günü anmaq üçün ştatımızda yaşayan azərbaycanlı bacı və qardaşlarımıza qoşulur və bununla münaqişələr nəticəsində meydana gəlmiş zorakılıqları dəf etmək üçün səylərimizi davam etdiririk”.

Sənədin sonunda 26 fevral 2016-cı il tarixinin Montanada “Xocalını Anma Günü” olaraq elan edildiyi vurğulanır.

Qeyd edək ki, bu bəyanat Montana ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk sənəddir. Bununla da ABŞ-da Xocalı qətliamını tanıyan ştatların sayı 20-yə çatıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm