Ermənilər Ağdamda məscidə atəş açdı - bir nəfər öldü (FOTOLAR/VİDEO)
Bizi izləyin

İqtisadi gündəm

Ermənilər Ağdamda məscidə atəş açdı - bir nəfər öldü (FOTOLAR/VİDEO)

Erməni hərbi birləşmələri Ağdam rayonunun Əhmədağalılar kəndini atəşə tutub.

Publika.az xəbər verir ki, bu barədə Trend-ə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, ermənilərin ağır artilleriyalardan açdığı atəş nəticəsində mərmilərdən biri Əhmədağalılar kəndindəki məscidə düşüb. Hadisə nəticəsində məsciddə olan kənd sakini, 1954-cü il təvəllüdlü Dadaşov Qaraş Şahlar oğlu aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, erməni hərbçiləri Azərbaycan ərazisindəki yaşayış məntəqələrini məqsədyönlü şəkildə atəşə tuturlar.

Ölən və yaralananlar arasında qocalar və uşaqlar da var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm