Rusiya Ukrayna üçün qazın qiymətini 43 faiz qaldırdı - İqtisadi savaş
Bizi izləyin

İqtisadi gündəm

Rusiya Ukrayna üçün qazın qiymətini 43 faiz qaldırdı - İqtisadi savaş

Rusiya Ukrayna üçün qazın qiymətini 43 faiz qaldırdı

Aleksey Miller Ukraynaya Rusiya qazının bundan sonra endirimsiz satılacağını bildirib.Publika.Az xarici mediaya istinadən xəbər verir ki, "Qazprom" rəhbəri Aleksey Miller Ukraynaya verilən qazın 1 min kub metrin qiymətinin aprelin 1-dən 385,5 dollar səviyyəsinə qalxdığını bəyan edib. Bu, 43,5 faiz artım deməkdir.

Miller Ukrayna üçün Rusiya qazına qiymətdə endirimli güzəştin tətbiq olunmasına aprelin 1-dən son qoyulub. Miller vurğulayıb kı, Ukrayna üçün qazın qiymətində güzəşt daha qüvvədə deyil.

“Bu artıq həll olunmuş məsələdir”, deyə Miller bəyan edib. Onun sözlərinə görə, Ukrayna 2013-cü ildə və bu ilin əvvəlindən Rusiayadan aldığı qaza görə borcunu hələ də ödəməyib.Onun sözlərinə görə, Ukraynanın Rusiyaya aldığı qaz həcmlərinə görə borcu 1,7 milyard dollar təşkil edir.

2013-cü il dekabrın 17-də Rusiya və Ukrayna arasında bağlanmış qaz kontraktına, qiymət endiriminə dair razılıq əlavə edilib.Həmin əlavəyə uyğun olaraq, Ukrayna bu ilin əvvəlindən Rusiyadan qazın 1 kub metrini 268,5 dollar qiymətilə alıb.

Buna qədər isə Ukraynaya verilən Rusiya qazının qiyməti bir kub metr üçün 400 dollar təşkil edib.Əlavə sazişdə qaza qiymətin hər rübdən sonra yenidən baxılması nəzərdə tutulub.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm