İqtisadi gündəm
Ən çirkli SOCAR dizeli çıxdı - Gürcüstanda SOCAR əlyehinə kampaniya
Gürcüstanın Studio Monitori adlı QHT-si Gürcüstana kənardan gələn avtomobil yanacağının keyfiyyətinin laboratoriya analizini əldə edib.
Publika.Az-ın "Azadlıq radiosu"na istinadən verdiyi xəbərə görə,
Studio Monitori yazır ki, Gürcüstanda bu yanacaq standartları çox
aşağıdır. Ancaq bu aşağı standratla da müqayisədə məlum olur ki,
gələn yanacaq qat-qat çirklidir.Laboratoriya analizinə görə ən
çirkli yanacaq SOCAR dizeli olub.
Analiz üçün SOCAR-ın 2 müxtəlif benzindoldurma stansiyasından
nümunə götürülübmüş.Birinci nümunədə hər kq-a 609 milliqram kükürd
tapılıb. İkinci nümunədə kükürd bir kq-da 486 mq olub.SOCAR-ın adi
standart yanacağında isə kükürdün miqdarı 166 mq/kq olub.
Gürcüstanda kükürd standartı 150 mq/kq-dır.Müqayisə üçün, Avropa
standartı 10 mq/kq-dır.
Laboratoriya analizinin nəticələrini SOCAR Petrolium Georgia
necə izah edir? – Studio Monitori buna şirkətdən cavab almağa
çalışıb, ancaq şirkətin Keyfiyyət Departamentinin rəhbəri İrakli
Zubitashvoili çoxsaylı müraciətlərə cavab verməkdən boyun
qaçırıb.SOCAR Petrolium Georgia şirkətində 51 faiz pay Azərbaycanın
SOCAR şirkətinə məxsusdur.
Studio Monitori yazır ki, Gürcüstanın ən böyük dizel idxalatçısı
SOCAR-dır. 2012-ci ildə Gürcüsatnın dizelinin 72 faizini SOCAR
verib.
Studio Monitori öz təhqiqtında yazır ki, Gürcüstanda yanacaq
standartını pozan təkcə SOCAR dizeli deyil.Rompetro, Lukoil, Wissol
benzindoldurma məntəqələrindən götürülən nümunələrdə yanacaq Avropa
standartlarından qat-qat çirkli olub.
Ancaq ən çirkli SOCAR dizeli çıxıb.Və sonda niyə yanacağın
keyfiyyəti belə vacibdir?
Ekologiya nazirliyinin məlumatına görə, Gürcüstanda havanın
çirklənməsinin 71 faizi, Tbilisidə isə hava çirklənməsinin 95 faizi
avtomobillərin payına düşür.Gürcüstanda 900 min avtomobil var,
bunlardan 91 faizi 10 ildən çox sürülən maşınlardır.
Saakaşili 2004-cü ildə avtomobillərin bütün təftişlərini ləğv etdi.
Keçmiş prezident deyirdi ki, belə təftişlər korrupsiya mənbəyidir.
Ancaq bu təftişlər indi məlum olur ki, lazım imiş. Gürcüsatn
2015-ci ildən təftişləri bərpa etmək istəyir.Sonda Studio Monitori
yazır ki, SOCAR-ın vətəni olan Azərbaycanda benzin standartı
qaldırılır. Aprelin 1-dən yaşı 10 ildən çox olan avtomobillərin
Azərbaycan gətirilməsi qadağan olunur. Avro-4 standartından aşağı
benzin isə satıla bilməz.
Aydəmir
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib