
Azərbaycan ixrac etdiyi neftini 2014-cü ilin əvvəlindən dünya bazarlarında 110,94 dollara satıb.
Publika.Az Caspian Barel-ə istinadən bildirir ki, mart ayında dünya bazarında Brent tipli xam neftin 1 bareli 107,55 dollara, Urals nefti – 106,66 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 109,53 dollara satılıb.
Qeyd edək ki, Azərbaycanın ixrac etdiyi əsas markalı neft BTC FOB Ceyhan tipli xam neftdir. Onun 1 barelinin fevralda orta qiyməti 110,94 dollara, yanvarda isə 108,76 dollar olub.
Beləliklə, Azərbaycan birinci rübün yekunlarına görə, Ceyhan limanından ixrac etdiyi neftinin hər barelini orta hesabla 109,74 dollara satıb.
Leyla