Azərbaycan onlarla milyard dollar qazanacaq
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycan onlarla milyard dollar qazanacaq

"Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsi Azərbaycana karbohidrogen satışından və nəqlindən təxminən 30-50 milyard dollar qazanmasına imkan verəcək.

Publika.az bildirir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) icraçı direktoru Şahmar Mövsümov "Caspian Energy" nəşrinə müsahibəsində bildirib.

Ş. Mövsümov qeyd edib ki, bu, ilkin məlumatdır.

Onun sözlərinə görə, layihə həm Azərbaycanın daxilində, həm də regionda iqtisadiyyatın və infrastrukturun inkişafına imkan yaradır.\Trend

Oxumağa davam et
Reklam
Reklam

Gündəm