Nefti xaricilərə neçəyə satmışıq?
Bizi izləyin

İqtisadi gündəm

Nefti xaricilərə neçəyə satmışıq?

Nefti xaricilərə neçəyə satmışıq?

Azərbaycanın xam neft ixracı cari ilin I rübündə 8 mln. 92,792 min olub ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 4,8% azdır.

Publika.Az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, hesabat dövründə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 6 mln. 513,652 min ton, Bakı-Supsa neft kəməri ilə 1 mln. 80,575 min ton, Bakı-Novorossiysk neft kəməri ilə 254,356 min ton, dəmir yolu ilə Gürcüstan limanlarına 244,209 min ton neft ixrac olunub.

I rübdə bəyan edilmiş neft ixracı $4 mlrd. 562 mln. 999,69 min məbləğində 5 mln. 523,074 min ton olub. Yeri gəlmişkən, Caspian Barrel bu rəqəmlərdən çıxış edərək hesablama aparıb.

Hesablamaya əsasən I rübdə Azərbaycan neftinin bir barelini orta hesabla $111,64-dan ixrac edib. Qeyd edək ki, dövlət büdcəsi cari il üçün bir barel neftin illik orta ixrac qiymətini $100-dan hesablayıb.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm