ABŞ defoltla üz-üzədir
Bizi izləyin

İqtisadi gündəm

ABŞ defoltla üz-üzədir

2016-cı maliyyə ilinin nəticələrinə görə, ABŞ-ın dövlət borcu 1,36 trilyon dollar yüksələcək. Bu son 6 ilin ən maksimal göstəricisidir.

2016-cı maliyyə ilinin nəticələrinə görə, ABŞ-ın dövlət borcu 1,36 trilyon dollar yüksələcək. Bu son 6 ilin ən maksimal göstəricisidir.

Publika.az xəbər verir ki, 2017-ci ilin sonuna bu rəqəmin 20 trilyon dollar olması gözlənilir. Bu da dünyanın bir nömrəli iqtisadiyyatının yenə defoltla üz-üzə qalması deməkdir. Analitiklər bildirirlər ki, Amerika 10 trilyon dollar borcu cəmi 8 ildə yığıb. Halbuki bunun üçün 200 il vaxt lazımdır. Ona görə də ABŞ-ın borclanma sürəti analitikləri, eləcə də siyasiləri narahat edir.

Onu da bildirək ki, avqustda ABŞ büdcəsi 107 milyard dollar kəsirlə icra olunub. Proqnozlara görə, cari ilin 11 ayında ABŞ dövlət büdcəsinin kəsiri 621 milyard dollara çatacaq. Bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 17 faiz çoxdur. Hazırda gəlirlər və xərclər arasında b590 milyard dollar fərq var.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm