Gələn ilin büdcə xərcləri və gəlirləri bəlli oldu
Bizi izləyin

İqtisadi gündəm

Gələn ilin büdcə xərcləri və gəlirləri bəlli oldu

2017-ci ilin dövlət büdcəsinin gəlirləri 15,955 mlrd. manat, xərcləri 16,6 mlrd. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 312 mln. 619 min manat, yerli gəlirləri 642,381 mln. manat, mərkəzləşdirilmiş xərcləri 15 mlrd. 881,730 mln. manat, yerli xərcləri 718,270 mln. manat) məbləğində təsdiq edilməsi proqnozlaşdırılır.

Publika.az xəbər verir ki, icmal büdcəsinin gəlirləri 19720,7 milyon manat (əvvəlki ilə nisbətən 5559,9 milyon manat çox), xərcləri 20967,2 milyon manat (əvvəlki ilə nisbətən 3599,4 milyon manat az) nəzərdə tutulub.

Gələn ilin dövlət büdcəsinin 645 mln. manatlıq kəsirlə icra olunması nəzərdə tutulub. 2017-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 1% təşkil edəcək.

Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi özəlləşdirmədən, daxili və xarici borclanmadan daxil olmalar, xarici qrantlardan daxilolmalar və 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.

2017-ci il dövlət büdcəsinin xərcləri ÜDM-in 26,6%-i səviyyəsində nəzərdə tutulur ki, bu da 2016-cı illə müqayisədə 4,4 faiz-bənd azdır. 2017-ci il dövlət büdcəsinin xərcləri 16600 mln. manat proqnozlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 1895 mln. manat və ya 10,2% az deməkdir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm