"Azersun" qiymət artımına MÜNASİBƏT BİLDİRDİ (YENİLƏNİB) - - FOTOLAR
Bizi izləyin

İqtisadi gündəm

"Azersun" qiymət artımına MÜNASİBƏT BİLDİRDİ (YENİLƏNİB) - - FOTOLAR

“Neftin qiymətinin azalması neft ölkələrinin geriləməsinə gətirib çıxarıb".

“Neftin qiymətinin azalması neft ölkələrinin geriləməsinə gətirib çıxarıb. Lakin Azərbaycan 10 il əvvəldən bu vəziyyətə hazırlaşıb. Odur ki, ölkəmizdə daha öncədən qeyri-neft sektorunun inkişafına start verilib”.

Publika.az xəbər verir ki, bunu “Azersun Holding”in rəhbəri Abdulbari Goozal mətbuat konfransında deyib. O qeyd edib ki, hazırda təkcə neft ölkələri deyil: “Avropa da çətin vəziyyətdədir. Ötən gün Bolqarıstandan olan yüksək səviyyəli sahibkarla görüşdüm. Onlarda işçilərə verilən məvacibin məbləği 160 avro təşkil edir. Halbuki mən bu rəqəmi 500 avro bilirdim”.

Azərbaycanda hektarlarla ərazinin istifadəsiz olduğunu vurğulayan A.Goozal həmin torpaqlarda kənd təsərrüfatının inkişafının vacib olduğunu deyib: “Azərbaycan torpaqları məhsuldardır. “Azərsun”un istehsal etdiyi tomatlar İraq və Türkiyədə bir nömrə hesab edilir. Eləcə bu məhsul yerli bazarda da keyfiyyəti ilə xarici istehsalları sıxışdırıb çıxarıb. Hazırda süd istehsalı sahəsində ciddi rəqabət var. Bununla belə şirkətlərin hamısı zərərdədir. Çünki süd pul qazandırmır, amma gələcəkdə qazandıracaq. Sonda keyfiyyətli mal istehsal edən şirkət bazarda qalacaq”.

A.Goozal sonra belə deyib: “Hər bir ölkənin brendləşmiş məhsulu olmalıdır. Biz "Azərçay"ı brenləşdirmişik. Rusiyaya ixrac etdiyimiz “Bizim Tarla” məhsullarının adını dəyişmək istədim. Amma ruslar razılaşmadı ki, biz artıq "Bizim Tarla" brendini tanıyırlar".

O, sözlərinə belə davam edib: "Azersun Holding"in istehsal etdiyi məhsullardan duzun 100 faizi yerli xammalla istehsal olunur. Qablaşdırma isə xaricdən idxal hesabına həyata keçirilir. Tomat pastası 100 faiz yerli məhsuldan istehsal edilir. Sadəcə bankanı xaricdən alırıq. Konservlərin hamısı yerli məhsuldan istehsal olunur. Yenə qablaşdırmada materiallar xaricdən gətirilir. Yerli sənaye güclənsə, qablaşdırma materiallarını xaricdən almarıq. Biz ilin sonunadək şəkər istehsalında yerli xammalı 45-50%-ə qaldırmaq niyyətindəyik. Dövlətdən də bununla bağlı dəstək gözləyirik".

Onun sözlərinə görə, şəkər istehsalının 15% yerli xammala, 85%-i isə idxala bağlıdır: "Biz yerli xammalın payını 40%-ə çatdırmaq istəyirik. Bunun üçün təxminən 130 milyon dollarlıq investisiya lazımdır. Bu yatırıma hazırıq. “Azersun Holding”in istehsal etdiyi məhsulların xarici analoqlarından yalnız Ukraynadan şəkər tozu idxalına gömrük rüsumunun artırılmasını təklif edirik".

O, marketlərin 18 faiz əlavə dəyər vergisi ödəməsinə toxunub və biznes sektorunun vergi öhdəliklərinin azaldılmasının vacibliyini vurğulayıb.

O deyib ki, “Azersun Holding”ə məxsus İmişli Şəkər Zavodunun səhmlərinin təxminən 40%-i London birjasında İPO üsulu ilə satışa çıxarılacaq: “Bizim 1-2 şirkətimiz London birjasında İPO keçirtmək istədi. Lakin, bu o qədər uğurlu alınmadı. Hazırda İmişli Şəkər Zavodunun səhmlərinin satışa çıxarılması istiqamətində iş aparılır. Təkliflərimizi vermişik. Hətta nazirlər tərəfindən bəyənilib”.

“Made in Azerbaijan” brendinin yaradılması istiqamətində “Azərsun Holding”in hansı addımlar atacağına gəlincə, A.Goozal bildirdi ki, şirkətin bazarda çoxsaylı brendləşmiş məhsulları var: “Hazırda şirkət nardan hazırlanmış məhsullar və enerji qidalarının istehsalına hazırlaşır. Böyük ərazidə 200 min nar ağacı əkilib. Bal istehsalı haqqında da düşünürük”.

“Azərsun Holding”-in məhsullarının bahalaşıb-bahalaşmayacağına dair suallara cavab verən A.Goozal qeyd edib ki, qiymətlər qaldırılmayacaq.

Məlum olub ki, 100 faizi devalvasiyaya qarşı şirkətin məhsulları 30 faiz qalxıb.

İqtisadiyyat şöbəsi

Fotolar Elçin Muradındır

Şəkər istehsalı 15% yerli xammala, 85% isə idxala bağlıdır. Biz yerli xammalın payını 40%-ə çatdırmaq istəyirik. Bunun üçün təxminən 130 milyon dollarlıq investisiya lazımdır. Bu yatırıma hazırıq.

“Azersun Holding”in istehsal etdiyi məhsulların xarici analoqlarından yalnız Ukraynadan şəkər tozu idxalına gömrük rüsumunun artırılmasını təklif edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm