
28 aprel 2014-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 40 mln. manat təşkil edən, AZ2008008685 dövlət qeydiyyat nömrəli faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
Publika.Az fonda istinadən xəbər verir ki, istiqrazlar cari qiymətlə satışa çıxarılıb. Hərracda 4 investor iştirak edib.
Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi dəfələrlə üstələyərək 51 174 000 manat təşkil etmişdir və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib.
Leyla