Aydın Əliyev Balakəndə qəbul keçirəcək
Bizi izləyin

İqtisadi gündəm

Aydın Əliyev Balakəndə qəbul keçirəcək

Qəbul zamanı bölgədə yerləşən rayonların - Balakən, Zaqatala, Qax rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev oktyabrın 28-də saat 10:30-da Balakən şəhərindəki Mədəniyyət Mərkəzində (Heydər Əliyev prospekti 42) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitənin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Balakən, Zaqatala, Qax rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 27-si saat 10:30-dək “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Balakən Gömrük İdarəsi (əlaqə telefonu: ((024) 295-08-39) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm