Neft Fondundan SƏRT TƏPKİ
Bizi izləyin

İqtisadi gündəm

Neft Fondundan SƏRT TƏPKİ

Son zamanlar müxtəlif kütləvi informasiya vasitələrində (KİV) Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “zərər” və “itki”lərə yol verməsi barədə bir sıra özünü “ekspert” adlandıran şəxslər tərəfindən açıqlanan həqiqəti əks etdirməyən, yanlış ictimai rəy formalaşdırmağa yönəldilən, səhv və qərəzli məlumatlar yayımlanmaqdadır.

Publika.az xəbər verir ki, belə bir bəyanatla Azərbaycan Respublikası Dövlət Neft Fondu çıxış edib. Fonddan bildirilir ki, fondun investisiya portfeli ABŞ dolları, Avro, ingilis Funt-sterlinqi və digər valyutalarda ifadə olunan aktivlərdən təşkil olunub. Bu investisiyaların həyata keçirilməsində müvafiq valyutalar sadəcə vasitədir, yəni onların bir-birinə qarşı və yaxud da ABŞ dollarına qarşı məzənnə dəyişkənliyi Fondun vəsaitlərinin alıcılıq qabiliyyətinə təsir etmir, yəni bu gün 1 Avronun Avrozona ölkələrində, və yaxud da 1 Yaponiya yeninin Yaponiyada dəyəri, habelə alıcılıq qabiliyyəti valyuta fərqləri əsasında formalaşmır. Fondun investisiya portfelinin dəyərinin ABŞ dolları ilə ifadə edilməsi sadəcə olaraq ümumiləşdirilmiş göstəricidir.

Bu gün “zərər”, “itki” kimi ifadəli başlıqlarla KİV-də yer alan xəbərlərdə sadəcə olaraq Fondun vəsaitlərinin ABŞ dolları ifadəsində müvafiq dövr ərzində qısamüddətli məzənnə dəyişkənliyindən əmələ gələn fərq başa düşülür. ARDNF bu kimi dəyişkənlikdən heç bir zərər realizə etmir və vəsaitlərin həcmində heç bir itki baş vermir.

Bir daha vurğulamaq yerinə düşərdi ki, hal-hazırda KİV-də də qeyd edildiyi kimi digər valyutalara qarşı möhkəmlənməkdə olan ABŞ dolları Fondun investisiya portfelinin valyuta tərkibinin bir hissəsidir və onun payı 50%-dir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm