İqtisadi gündəm
Sanksiya tətbiq olunan rus məmurları və iş adamlar- Siyahı
Məlum olduğu kimi Obama höküməti Krımın Rusiyaya birləşdirilməsində rolu olan Vladimir Purtinə və yaxın ətrafındakı məmurlara qarşı maliyyə sanksiyasına qərar verib.
Bundan əlavə, 17 rus şirkətinin hesabları dondulub. Hansı ki, bura “Forbes”in siyahısında 71-ci sırada yer alan Yuriy Kovalçuk, 27-ci yerdə olan Arkadi və 62-ci sırada Boris Rotenberq qardaşları, Qennadi Temçenko kimi milyarderlərin şirkətləri aiddir.
Publika.Az sanksiya ilə üzləşən digər məmurların, iş adamlarının siyahısını təqdim edir:
1. Vladimir Jirinovski – millət vəkili
2. Arkadi və Boris Rotenberq – A.Rotenberqin 4 milyard, B.Rotenberqin 1,7 milyard dollar sərvəti var. Qardaşlar SMP Bankın müşahidə şurrasının üzvüdülər.”Stroyqazmontaj” “Mostotrest”, “Mineralnie udobreniya” SETP şirkətlərinin sahibidirlər.
3. İqor Seçin – “Rostneft” prezidenti
4. Dimitriy Kozak – Rusiya baş nazirinin köməkçisi
5. Vyaçaslav Volodin -Rusiya Prezident Administrasiyası rəhbərinin müavini
6. Sergey Çemezov- “Rostex”in baş direktoru
7. Yevqeniy Murov – Federal mühafizə xidmətinin rəhbəri
8. Oleq Belavençev –Rusiya prezidentinin Kırım üzrə səlahiyyətli nümayəndəsi
9. Aleksey Puşkov- Qosdumanın xarici işlər üzrə komitəsinin sədri
10. Dmitriy Kiselev - “Rossiya Seqodnya” agentliyinin rəhbəri
11. Aleksandr Babakov - Qosdumanın “Yedinaya Rossiya” fraksiyasından olan deputatı
12. Qennadi Temçenko – “Novatek”,”Transoyl”, “Sibur”, “Stroytransqaz” şirkətlərinin və 15,3 milyard dolların sahibi
13. Yuriy Kovalçuk – “ABR Menecment” in sədri, “Rossiya”bankının, “Soqaz” sığorta şirkətinin, “STS Media”, Milli Medi Qrupunun rəhbəri, 1,4 miyardın sahibi.
14. Bank “Rossiya”
15. Vladimir Yakunun – RJD-nın prezidenti
16. Andrey Fursenko – Rusiya prezidentinin köməkçisi
17. Aleksey Qrumov - Rusiya Prezident Administrasiyasının birinci müavini
18. Sergey İvanov - Rusiya Prezident Administrasiyasının rəhbəri
19. Viktor İvanov –FSKN-nın rəhbəri
20. Vladimir Kojin – prezidentin işlər idarəsinin rəhbəri
21. Sergey Narişkin - Dövlət Dumasının sədri
Qeyd edək ki, siyahı 54 nəfərdən ibarətdir. Qara siyahıya daxil edilmişlərin arasında üç qadın, Rusiyanın müdafiə sisteminin üzvləri var. Onu da bildirək ki, 54 nəfərdən bir çoxlarına həm Avropaya,Kanadaya, həm də ABŞ-a viza sanksiyası qoyulub.
Leyla
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi