Tramp prezident seçilən kimi onun 5 milyardını “əlindən aldı”
Bizi izləyin

İqtisadi gündəm

Tramp prezident seçilən kimi onun 5 milyardını “əlindən aldı”

Seçkilərədək dünyanın 5-ci ən zəngin insanı olan meksikalı bundan sonra 8-ci pilləyə geriləyib.

3 il əvvəl dünyanın ən varlı şəxsi olan Karlos Slim Donald Trampın prezident seçkilərindəki qələbəsi səbəbindən 5,1 mlrd. dollar itirib.

Publika.az "Bloomberg" ə istinadən xəbər verir ki, Meksika pesosunun dollara qarşı 12% ucuzlaşmasından sonra meksikalı mediamaqnatın sərvəti 9,2% azalıb.

Seçkilərin nəticəsi elan olunduqda artıq K.Slimin sərvəti 41 mlrd. dollar təşkil edib. Seçkilərədək dünyanın 5-ci ən zəngin insanı olan meksikalı bundan sonra 8-ci pilləyə geriləyib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm