Azərbaycanda yük daşınması azalıb
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanda yük daşınması azalıb

Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub.

Azərbaycanın nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-oktyabr aylarında 182,6 mln. ton yük və 1577,7 mln. sərnişin daşınıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,8% azalıb, sərnişin daşınması isə 1,9% artıb.

Dövlət Statistika Komitəsindən "Report"a daxil olan xəbərə görə, yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub.

Yüklərin 63,6%-i avtomobil, 26,9%-i boru kəməri, 6,9%-i dəmir yolu, 2,5%-i dəniz, 0,1%-i isə hava nəqliyyatı ilə daşınıb.

Sərnişinlərin 88,5%-i avtomobil, 11,2%-i metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən 1 302,9 mln. manatlıq xidmətlərin 72,6%-i əhali sektoruna aid olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 2016-cı ilin yanvar-oktyabr aylarında informasiya və rabitə xidmətlərinin həcmi 3,8% artıb, bu sahədə əldə edilmiş gəlirin 80,5%-i qeyri-dövlət sektorunun payına düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm