2020-də neft 100 dollar olacaq - Azərbaycan nə qazanacaq? - Açıqlama
Bizi izləyin

İqtisadi gündəm

2020-də neft 100 dollar olacaq - Azərbaycan nə qazanacaq? - Açıqlama

Azərbaycanın energetika naziri Natiq Əliyev 2020-ci ilin ortalarında neftin barrelinin 100 dollar olduğu dövrə qayıtmağın mümkün olacağını qeyd edib. O bildirib ki, gələn ildən etibarən dünyada neftə tələbatın tədricən artması ilə neftin qiyməti də artmağa başlayacaq.

2017-ci ildə dünyada neftə gündəlik tələbatın 95 milyon 300 min barrel olacağı, 2020-ci ildə isə ABŞ iqtisadiyyatının sağlamlaşdırılması prosesinin davam etdirilməsi, Avropa, eləcə də inkişaf etmiş ölkələrdə iqtisadi artımın bərpası hesabına neftə tələbatın təxminən 2014-cü ildəki səviyyəyə çatacağı ehtimal edilir. Hazırda neftini 50 dollardan satan Azərbaycan üçün bunun nə vəd etməsi sual doğurur.

Nəzərə çatdıraq ki, Azərbaycan hökuməti 2018-2020-ci illərdə ölkədə ümumi neft hasilatını 117 mln. 791,2 min ton səviyyəsində proqnozlaşdırır. Hökumətin proqnozlarına əsasən, 2018-ci ildə ölkədə 38 mln. 769,4 min ton, 2019-cu ildə 39 mln. 914,2 min ton, 2020-ci ildə 39 mln. 107,6 min ton neft hasil olunacaq. 2020-ci ildə neft hasilatının həcmi 2016-cı ilin göstəricisi ilə müqayisədə 5,3% azalacaq.

Qeyd edək ki, 2016-cı ilin yekunları üzrə hökumət neft hasilatını 41 mln. 306,4 min ton, 2017-ci ildə 39 mln. 796,6 min ton səviyyəsində gözləyir. 2015-ci ildə Azərbaycanda 41 mln. 628,3 min ton neft hasil edilib.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Publika.az-a bildirdi ki, yaxın 10 ildə Azərbaycan neft və qaz satışından 8 milyard dollar əldə edəcək. Digər onillikdə isə bu rəqəmlər azalacaq: “4-3,5 milyard dollar təşkil edəcək. Bu onu göstərir ki, neftin orta qiyməti təqribən 60-65 dollar civarında təşkil edəcək”.

Ekspert deyir ki, 2030-cu ildə neftin qiymətinin 100 dollardan yuxarı olması gözlənilir:

“Bu normaldır. Lakin nəzərə almaq lazımdır ki, 2030-cu ildə 100 dollar 2010-2014-cü ildəki 100 dollar ekvivalentində olmayacaq. Belə ki, 2030-cu ildə 100 dollar 2014-cü ilin 75 dollarına bərabər olacaq”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm