Səudiyyə Ərəbistanı və İran neft hasilatını azaldır
Bizi izləyin

İqtisadi gündəm

Səudiyyə Ərəbistanı və İran neft hasilatını azaldır

Səudiyyə Ərəbistanı gün ərzində neft hasilatını 10,06 milyon barelə qədər azaldacaq.

Publika.az xəbər verir ki, bu barədə RİA Novosti OPEK-dəki mənbəsinə istinadən məlumat verib. Qeyd edək ki, bu gün Vyanada OPEK-in rəsmi görüşü keçirilir.

Görüşdə OPEK İndoneziyanın təşkilatda üzvlüyünü dayandıraraq onun neft hasilatı üzrə kvotasını kartelin digər üzv ölkələr arasında bölmək barədə qərar qəbul edib.

İndoneziyanın energetika naziri OPEK-də görüşdən öncə bəyan edib ki, ölkəsi neft hasilatının azaldılması ilə bağlı mövqeyini hələ müəyyənləşdirməyib.

İran da gün ərzində neft hasilatını 3,797 milyon barelə qədər azaldacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm