OPEC-in növbəti iclası mayın 25-də keçiriləcək
Bizi izləyin

İqtisadi gündəm

OPEC-in növbəti iclası mayın 25-də keçiriləcək

OPEC-in növbəti iclası mayın 25-də, Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

Publika.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın bu gün keçirilmiş 171-ci iclasında qərar qəbul olunub.

Xatırladaq ki, bu gün OPEC-ə üzv ölkələr neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edib.

Razılığa əsasən, OPEC ölkələri hasilatı sutkalıq 1,2 mln. barrel azaldacaq. Bununla da sutkalıq neft hasilatı 32,5 mln. barrelə qədər enəcək.

Neft hasilatının azaldılmasına dair razılıq 2017-ci il, yanvarın 1-dən qüvvəyə minəcək. Razılaşma altı ay müddətinə, bir ilə qədər uzadılması mümkünlüyü ilə imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm