İqtisadi gündəm
Ukraynadan Azərbaycan neftinə QADAĞA
Ukrayna Maliyyə Nazirliyi 262 min ton Rusiya neftinin “Ukrtransnafta" dövlət müəssisəsi tərəfindən Cənub neft magistralı vasitəsilə nəqlinə qadağa qoyub.
Publika.az Ukraynanın “dengi.ua” saytına istinadən xəbər verir ki, bu haqda “Ukrtransnafta"nın baş direktorunun birinci müavini Adrey Pasişnik bildirib.
Onun sözlərinə görə, Rusiya nefti Azərbaycan istehsalı olan neftlə əvəz edilməli idi. Pasişnik bildirib ki, Maliyyə Nazirliyi prezidentlər və hökumətlərin əldə etdiyi razılaşmaların reallaşdırılmasına qarşı çıxıb və problemin həllini axtarmaq əvəzinə sadəcə qadağa ilə cavab verib.
Xatırladaq ki, noyabrın 4-də “Ukrtransnafta” Ukraynanın baş naziri Vladimir Qroysmana müraciət edərək Odessa-Kremençuq neft kəmərini dolduran "Urals" markalı neftin "Azeri Light" markası ilə əvəzləməyə razılıq verməyə xahiş edib. Noyabrın 2-də "Ukrtransnafta" və "Ukrtatnafta" 4 milyon Azərbaycan neftinin zavoda nəql olunmasına dair protokol imzalayıb.
Ukrayna prezidenti Pyotr Poroşenko ilə iyulda keçirilən görüş zamanı Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan və Ukrayna Odessa-Brodı xətti üzrə neftin nəqli layihəsinin reallaşdırılmasında maraqlıdır.
Ömər Dağlı
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO