ŞAD XƏBƏR: Yanvardan çörək ucuzlaşacaq
Bizi izləyin

İqtisadi gündəm

ŞAD XƏBƏR: Yanvardan çörək ucuzlaşacaq

Buğdanın idxalı və satışının da həmin müddətə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Azərbaycanda 2017-ci il yanvarın 1-dən quş ətinin satışı, eləcə də un və çörəyin istehsalı və satışının 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

Nazir bildirib ki, buğdanın idxalı və satışının da həmin müddətə ƏDV-dən azad edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2016-cı ilin yanvarında buğdanın idxalı və satışı, həmçinin un və çörəyin istehsalı və satışı ƏDV-dən azad edilmişdi. Lakin bu güzəştlər ilin sonunadək başa çatmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm