Rusiyalı nazir pomidoru ətlə əvəzləməyi təklif etdi
Bizi izləyin

İqtisadi gündəm

Rusiyalı nazir pomidoru ətlə əvəzləməyi təklif etdi

Rusiyanın da süd, toyuq, mal və qoyun əti məhsulları Türkiyə bazarında satışa çıxarılmalıdır.

Rusiyanın əkinçilik naziri Aleksandr Tkaçev Türkiyənin kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı narazılığını bildirib.

Publika.az az xəbər verir ki, G20 kənd təsərrüfatı nazirlərinin görüşündə məsələyə toxunan Tkaçev şərtini irəli sürüb.

Nazir bildirib ki, Türkiyənin tərəvəz məhsulları Rusiya bazarında satıldığı kimi, Rusiyanın da süd, toyuq, mal və qoyun əti məhsulları Türkiyə bazarında satışa çıxarılmalıdır.

Xatırladaq ki, Rusiya ilə Türkiyə arasında xarici ticarətlə bağlı qadağa aradan qaldırıldığı zaman Tkaçev Türkiyə pomidorlarının ölkəyə idxalına məhdudiyyətin 1 il də davam etdirilməsini irəli sürmüşdü.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm