Ərəblər neft qiymətlərini artırdı
Bizi izləyin

İqtisadi gündəm

Ərəblər neft qiymətlərini artırdı

Səudiyyə Ərəbistanı ABŞ, Avropa və Asiya üçün neft qiymətlərini artırıb.

Səudiyyə Ərəbistanı mart ayından etibarən ABŞ, Avropa və Asiyadan olan alıcılar üçün neft qiymətlərini artıracağını elan edib.

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, asiyalı müştərilər üçün yüngül növ neft 0,3 dollar/barel artırılıb. ABŞ, Şimal-Qərbi Avropa və Aralıq dənizi regionu ölkələr üçün bütün növ neft məhsulları üçün qiymətlər bahalaşdırılıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı OPEC-in Vyanada hasilatın azaldılması ilə bağlı əldə etdiyi anlaşmaya ilk əməl edən ölkə olub və hasilatı təqribən 500 min barel/gün azaldıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm