Ərzaq bütün dünyada bahalaşdı
Bizi izləyin

İqtisadi gündəm

Ərzaq bütün dünyada bahalaşdı

Qlobal ərzaq qiymətləri indeksi 2017-ci ilə 2,1 faiz artımla 173,8 bənddən başlayıb.

Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən hazırlanan qlobal ərzaq qiymətləri indeksi yanvar ayında şəkər, taxıl və bitki yağının ixrac qiymətlərində artım müşahidə edildiyini açıqlayıb.

Publika.az FAO-nun məlumatına istinadən xəbər verir ki, qlobal ərzaq qiymətləri indeksi 2017-ci ilə 2,1 faiz artımla 173,8 bənddən başlayıb.

Yanvarda taxılın qiymət indeksi 3,4 faiz artımla 147 bənd təşkil edib. Son 6 ayın ən yüksək səviyyəsi görülüb. Yağ qiymətləri 3,3 faiz artımla 186,3 bənd səviyyəsinə qalxıb.

Şəkərin qiymət indeksi 9,9 faiz kimi yüksək bir nisbətdə artımla 288,5 bəndə çıxıb. Yanvar ayında ətin qiyməti dəyişməyərək 156,7 bənd olub. Südün qiymət indeksi də dəyişməyib, 193 bənddə qalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm