FES martda faiz artımına gedəcək
Bizi izləyin

İqtisadi gündəm

FES martda faiz artımına gedəcək

İnvestorlar mart ayına planlaşdırılan toplantıda faiz artımına 25% ehtimal olduğunu deyirlər.

ABŞ Mərkəzi Bankı FES-in Filadelfia şöbəsinin Sədri Patrick Harker bankın mart ayına planlaşdırılan iclasında faiz artımını istisna etməyib.

Publika.az xəbər verir ki, bu il pul siyasəti yığıncaqlarında səsvermə hüququ olan Harker mart toplantısında faiz artımı təklifinin masada olacağını deyib.

O məşğulluq göstəricisinin yaxşı olduğuna diqqət çəkərək bildirib ki, ÜDM-in artması haqqında yaxşı xəbərlər davam edir: ”Əmək bazarının güclənməkdə olduğuna bağlı işarələr var".

Harker martın 14-15-də keçiriləcək Federal Açıq Bazar Komitəsinin (FOMC) yığıncağında faiz artımına gediləcəyini ictimaiyyətə açıq şəkildə söyləyən ikinci FES səlahiyyətlisidir. FES-in San-Francisco sədri John Uilliams da keçən həftə "Bloomberg"ə verdiyi müsahibəsində, faiz artımına gediləcəyini söyləmişdi. İnvestorlar isə mart ayına planlaşdırılan toplantıda faiz artımına 25% ehtimal olduğunu deyirlər.

Xatırladaq ki, FES ötən həftəki iclasında faizləri dəyişdirməmişdi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm