Növbəti illərdə dünya iqtisadiyyatını kimlər yönəldəcək? - İNANILMAZ DƏYİŞİKLİK
Bizi izləyin

İqtisadi gündəm

Növbəti illərdə dünya iqtisadiyyatını kimlər yönəldəcək? - İNANILMAZ DƏYİŞİKLİK

PwC “Uzun vədəli görünüş: Qlobal iqtisadi nizam 2050-ci ildə necə dəyişəcək?" adlı hesabatını açıqlayıb.

PwC “Uzun vədəli görünüş: Qlobal iqtisadi nizam 2050-ci ildə necə dəyişəcək?" adlı hesabatını açıqlayıb.

Publika.az xəbər verir ki, hesabatda 32 ölkənin alıcılıq qabiliyyətinə görə ümumi daxili məhsul göstəriciləri yer alıb. Alıcılıq qabiliyyəti iqtisadçılar tərəfindən müəyyən bir zaman kəsiyində ölkələrin iqtisadi məhsuldarlıq və həyat standartlarını müəyyən etmək məqsədilə istifadə edilir.

PwC-nin araşdırmalarına görə, dünyanın ən böyük iqtisadiyyatlarının siyahısında 14-cü olan Türkiyə 2030-ci ildə 12-ci, 2050-ci ildə isə 11-ci sıraya yüksələcək. PwC 2016-cı ildə Türkiyənin ÜDM-ni 1.9 trilyon dollar hesablamışdı. Qurum bu rəqəmin 2030-cu ildə 3 trilyon dollara, 2050-ci ildə isə 5 trilyon dollara yüksələcəyini bildirib. Türkiyə beləcə Fransa, İtalya və Cənubi Koreyanı geridə qoyacaq. Hesabata görə, gələcək 30 ildə qlobal iqtisadiyyatı Çin istiqamətləndirəcək. ABŞ iqtisadiyyatı isə 2050-ci ildə ikinciliyi Hindistana verib, üçüncülüyə geriləyəcək. 2050-ci ildə Çində ÜDM 58 trilyon dollar, Hindistanda 44 trilyon dollar, ABŞ-da 34.1 trilyon dollar təşkil edəcək. 2042-ci ildə qlobal iqtisadiyyat bu günkündən iki qat böyük olacaq. 2016-cı illə 2050-ci il arasında qlobal iqtisadiyyat ortalama 2.5 faiz böyüyəcək. Bu böyümənin mühərriki isə inkişaf etməkdə olan ölkələr olacaq. Çin, Hindistan, Braziliya, Rusiya, İndoneziya, Meksika və Türkiyənin daxil olduğu E7 ölkələri 2050-ci ilə qədər hər il ortalama 3.5 faiz böyüyəcək. ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya, İngiltərə və Yaponiyanın daxil olduğu G 7 ölkələrinin orta artımı isə 1.6 faizdə qalacaq.

2050-ci ilin ən böyük iqtisadiyyatları isə aşağıdakı kimi sıralanacaq:

Çin: 2050:1 - 2016:1

Hindistan: 2050: 2 - 2016: 3

ABŞ: 2050: 3 - 2016: 2

İndoneziya: 2050: 4 - 2016: 8

Braziliya: 2050: 5 - 2016: 7

Rusiya: 2050: 6 - 2016: 6

Meksika: 2050: 7 - 2016: 11

Yaponiya: 2050: 8 - 2016: 4

Almaniya: 2050: 9 - 2016: 5

İngiltərə: 2050: 10 - 2016: 9

Türkiyə: 2050: 11 - 2016: 14

Fransa: 2050: 12 - 2016: 10

Səudiyyə Ərəbistanı: 2050: 13 - 2016: 15

Nigeriya: 2050: 14 - 2016: 22

Misir: 2050: 15 - 2016: 21

Pakistan: 2050: 16 - 2016: 24

İran: 2050: 17 - 2016: 18

Cənubi Koreya: 2050: 18 - 2016: 13

Filipin: 2050: 19 - 2016: 28

Vyetnam: 2050: 20 - 2016: 21

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm