• USD 1,7000 0,00% EUR 1,9008 0,00%
    • GBP 2,1523 0,00% RUB 0,0262 0,00%

Nəyi az, nəyi çox alıb-satmışıq? - Rəqəmlər

Nəyi az, nəyi çox alıb-satmışıq? - Rəqəmlər

2016-cı ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 186 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Publika.az xəbər verir ki, 116 ölkəyə məhsul ixrac olunub, 177 ölkədən idxal həyata keçirilib. Gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmayan ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ildə xarici ticarət dövriyyəsi 21650,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 13118,4 milyon dollar, idxalın dəyəri 8532,4 milyon dollar təşkil etmiş, nəticədə 4586,0 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ticarət dövriyyəsinin 36,2 faizi Avropa İttifaqı ölkələri, 13,0 faizi MDB üzvü dövlətləri, 50,8 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

İxracın dəyərinin 17,1 faizi İtaliyaya, 12,4 faizi Türkiyəyə, 8,7 faizi Tayvana (Çinin əyaləti), 7,3 faizi İsrailə, 6,7 faizi Almaniyaya, 5,4 faizi Fransaya, 4,8 faizi Hindistana, 4,5 faizi Rusiyaya, 3,8 faizi Gürcüstana, 3,0 faizi Çinə, qalan 26,3 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

İdxal olunan məhsulların dəyərinin 19,2 faizi Rusiyanın, 13,8 faizi Türkiyənin, 8,2 faizi Çinin, 5,8 faizi Birləşmiş Krallığın, 5,5 faizi ABŞ-ın, 4,7 faizi Almaniyanın, 3,9 faizi İtaliyanın, 3,4 faizi Ukraynanın, 3,3 faizi Yaponiyanın, 3,2 faizi Norveçin, 29,0 faizi isə digər ölkələrin payına düşüb.

2016-cı ildə 1237,1 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu da 2015-ci ilə nisbətən real ifadədə 16,4 faiz azdır. 2016-cı ildə 2015-ci illə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 23,9 faiz, təzə tərəvəz – 49,5 faiz, kartof – 4,1 faiz, qara metallardan borular – 5,3 dəfə, pambıq ipliyi – 11,0 faiz artıb, şəkər ixracı isə 50,9 faiz, bitki yağları – 56,3 faiz, çay – 73,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 89,1 faiz, polietilen – 3,7 faiz, emal olunmamış alüminium – 22,7 faiz azalıb.

2015-ci illə müqayisədə 2016-cı ildə buğda idxalı 18,2 faiz, xam şəkər və şəkər – 25,3 faiz, bitki yağları – 20,1 faiz, təzə meyvə – 24,7 faiz, kərə yağı, digər süd yağları və pastaları – 4,1 faiz, çay – 69,0 faiz, kartof­­­­ – 46,7 faiz, quş əti və onun əlavə məhsulları – 3,3 dəfə, təzə tərəvəz – 80,1 faiz, mal əti – 3,9 faiz, polad prokatı – 4,0 faiz, mebel – 20,1 faiz, mineral gübrələr – 9,7 faiz, hesablama maşınları, blok və qurğuları – 3,3 dəfə, rezin şinlər – 38,9 faiz, məişət kondisionerləri – 5,0 dəfə artıb, minik avtomobillərinin idxalı isə 79,0 faiz, qara metallardan borular – 53,9 faiz, qara metallardan çubuqlar – 63,1 faiz, polietilen – 26,5 faiz, qara metallardan künclüklər ­– 39,2 faiz, sement və sement klinkerləri – 21,5 faiz azalıb.

İqtisadiyyat şöbəsi

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR