İqtisadi gündəm
"AAA" dərəcəli reytinqi olan ölkələrin sayı azaldı

“Fitch" beynəlxalq reytinq agentliyindən maksimal - "AAA" dərəcəli reytinqi olan ölkələrin sayı son 14 ildə ən minimal səviyyəyə düşüb.
Publika.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, 2004-2009-cu illərdə "AAA" reytinqinə sahib olan ölkələrin sayı 16 olduğu halda, hazırda 11-ə enib. "Fitch" bu reytinqə sahib olan ölkələrin sayının yaxın iki ildə artacağını gözləmir.
"AAA" reytinqli ölkələrin istiqrazlarının məcmu istiqraz bazarında xüsusi çəkisi də 2007-ci ildəki 48%-dən 40%-dək geriləyib. Ən yüksək reytinqli ölkələrin "stabil" proqnoza sahib olması isə yaxın 12-24 ayda onların reytinqinin dəyişməyəcəyini göstərir.
Agentlik Yaponiyanın 1998-ci ildə "AAA" reytinqini itirdikdən sonra, 2009-cu ildə Avstriya, Finlyandiya, Fransa, İrlandiya, İspaniya və İngiltərənin də eyni vəziyyətlə qarşılaşdığını xatırladıb. Son 10 il ərzində isə "AAA" reytinqinə yüksələn tək ölkə Avstraliya olub.
Maksimal reytinqə Kanada, Danimarka, Almaniya, Lüksemburq, Hollandiya, Norveç, Sinqapur, İsveçrə, İsveç və ABŞ sahibdir.
İqtisadiyyat şöbəsi

-
MDB04:50
Yalnız 10 milyon ödəyənlərə vətəndaşlıq verilsin! - Rusiyada qalmaqallı təklif
-
MDB02:00
Moskvada avtomobili insan izdihamının üstünə sürdü - Saxlanıldı
-
Qoroskop01:40
Günün ulduz falı: Romantik münasibətlərdə qərar anıdır
-
Nida Xəbər 00:35
Azərbaycan son 40 gündə 6 qələbə qazandı
-
Sosial11 İyul 21:43
Kabinetində nalayiq hərəkətlərə yol verən şöbə müdiri işdən çıxarıldı
-
Yaxın Şərq11 İyul 21:31
HƏMAS-ın 6 komandiri öldürüldü
-
Sağlamlıq11 İyul 19:00
Xəbərdarlıq: Sabah günorta saatlarında evdən çıxmayın!
-
Kriminal11 İyul 18:30
Könülün ölümü ilə bağlı cinayət işi açıldı