• USD 1,7000 0,00% EUR 1,8751 +0,02%
    • GBP 2,1685 +0,96% RUB 0,0264 0,00%

Neft Fondu Valyuta satışlarını azaldıb

Neft Fondu Valyuta satışlarını azaldıb

Ötən il Dövlət Neft Fondunun (ARDNF) xarici valyuta satışları 4,9 mlrd. ABŞ dolları təşkil edib. Bu da 2015-ci illə müqayisədə 37,5% azdır.

Publika.az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat ilinin mart ayından valyuta bazarında iştirakı minimuma endirib:

"ARDNF-nin dövlət büdcəsinə transfertlərinin pik ili olan 2013-cü illə müqayisədə isə ARDNF-nin valyuta satışları 3 dəfə azalıb. Valyuta hərracları həftədə bir neçə dəfə keçirilib, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl "Bloomberg" terminalı vasitəsilə bazar iştirakçılarına elan edilib. 2016-cı ildə AMB-də ümumilikdə 114 valyuta hərracı keçirilib. Valyuta bazarında vəziyyətdən asılı olaraq hərracın parametrləri dövr ərzində çevik dəyişdirilib, bu hərracların mexanizmi təkmilləşdirilib".

AMB-dən bildirilib ki, bankların valyuta bazarında daha çevik iştirakına şərait yaratmaq üçün oktyabr ayından başlayaraq yeni, ikitərəfli hərrac mexanizminin tətbiqinə başlanılıb:

"Yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir. Hesabat dövründə Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarı normal fəaliyyət göstərib. Dövr ərzində banklararası valyuta bazarında hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi artmağa meylli olub. Yeni məzənnə rejiminin tətbiqi Mərkəzi Bankın ehtiyatlarının zəruri səviyyədə qorunmasına imkan verir. 30 dekabr 2016-cı il tarixinə Mərkəzi Bankın xarici valyuta ehtiyatları 4 mlrd. dollar təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmi kifayətlilik üzrə beynəlxalq təcrübədə qəbul edilmiş normaları (3 aylıq mal və xidmət idxalını örtmək, milli valyuta ilə pul təklifinə nisbət və s.) üstələyib. Dövr ərzində manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilib. 2016-cı ilin əvvəlindən növbəti iş günü üçün rəsmi məzənnənin bir iş günü əvvəldən elan edilməsi təcrübəsinə başlanıb".

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR