“Bank of Azerbaijan", "Gəncəbank" və "Texnikabank"ın ödəniş müddəti başa çatdı
Bizi izləyin

İqtisadi gündəm

“Bank of Azerbaijan", "Gəncəbank" və "Texnikabank"ın ödəniş müddəti başa çatdı

Öhdəliyinin yerinə yetirilməsi nisbəti müvafiq olaraq 97%, 94% və 98,2%-dir.

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ötən il lisenziyası ləğv edilmiş 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Publika.az fonda istinadən xəbər verir ki, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 725,525 mln. manat ödənilib. Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 43,175 mln. manat, “Zaminbank” ASC - 54,356 mln. manat, “Kredobank” ASC - 27,771 mln. manat, “Dekabank” ASC - 3,086 mln. manat, “Atrabank” ASC - 14,28 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,974 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,161 mln. manat, “Gəncəbank” ASC - 976 min manat, “Texnikabank” ASC - 120,433 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 435,313 mln. manat kompensasiya alıblar.

Fond həmçinin bəyan edib ki, ləğv prosesində olan “Bank of Azerbaijan", "Gəncəbank" və "Texnikabank"ın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün ərizələrin qəbulu üzrə 1 illik müddət müvafiq olaraq yanvarın 27-də, fevralın 4-də və fevralın 12-də başa çatıb. Bu banklar üzrə kompensasiya öhdəliyinin yerinə yetirilməsi nisbəti müvafiq olaraq 97%, 94% və 98,2%-dir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm