İqtisadi gündəm
Avropa valyuta fondunun yaradılması təklif olunur
Avroqrupun sədri Yerun Deysselblum Avropa valyuta fondunun yaradılmasını məqsədəuyğun hesab edir.
Publika.az report.az-a istinadən bildirir ki, bu barədə o, "Frankfurter Allgemeine Zeitung" qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu institut Avropa Stabilləşmə Mexanizminin bazasında yaradıla bilər.
"Düşünürəm ki, Avropa Stabilləşmə Mexanizminin ortamüddətli
yaxud uzunmüddətli perpektivdə Beynəlxalq Valyuta Fondunun Avropa
analoquna çevrilməsi məntiqlidir", - deyə Avroqrupun rəhbəri əlavə
edib.
Y.Deysselblum bildirib ki, bu mexanizm gələcəkdə Avropa ölkələrinə
maliyyə dəstəyi proqramında mühüm rol oynaya bilər. Sədr hesab edir
ki, Avropa valyuta fondunun maliyyə dəstəyi proqramlarının icrasına
da nəzarət həyata keçirməsi mümkündür. Hazırda bununla "bu işdə
özünü elə də rahat hiss etməyən" Avropa Mərkəzi Bankı
məşğuldur.
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı