İqtisadi gündəm
Nazir: "Naxçıvanla Türkiyəni birləşdirəcək dəmir yolunun layihəsi hazırlanıb"
Naxçıvanla Türkiyəni birləşdirəcək dəmir yolunun layihəsi hazırlanıb.
Publika.az APA-ya istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan İğdıra səfəri zamanı bildirib.
Ə.Arslan deyib ki, Qars-İqdır, Dilucu-Naxçıvan dəmir yolu layihələrinin hazırlanması başa çatıb: "Avropadan gələn bir qatarın Qarsdan İğdıra, İğdırdan Naxçıvana, Naxçıvandan Orta Asiyaya getməsi nəzərdə tutulur. Bu dəmir yolu Türkiyəni, Naxçıvanı, Azərbaycanı daha da gücləndirəcək, ticarətin artmasına səbəb olacaq. Rəhmətlik Heydər Əliyev "bir millət, iki dövlət" olduğumuzu bildirib. Ona görə də Qars-İğdır, Dilucu-Naxçıvan dəmir yoluna çox böyük əhəmiyyət veririk. Layihənin hazırlanması başa çatıb, növbədə layihənin icra edilməsidir. Bu məsələ ilə bağlı Azərbaycanla müzakirələr aparırıq".
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO