YAP-çı deputatdan turizm şirkətləri və mehmanxanalarla bağlı TƏKLİF
Bizi izləyin

İqtisadi gündəm

YAP-çı deputatdan turizm şirkətləri və mehmanxanalarla bağlı TƏKLİF

"Qanun layihəsinin təkmilləşdirilməsinə ciddi ehtiyac var"

“Turizm reyestrinə daxil edilməyən turizm şirkətləri və mehmanxanaların fəaliyyəti dayandırmalıdır”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı YAP-çı deputat Rauf Əliyev “Turizm haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

R.Əliyev deyib ki, qanun layihəsinin təkmilləşdirilməsinə ciddi ehtiyac var:

“Çünki qanunda hələ də müəyyən boşluqlar və sual doğuracaq məqamlar var. Turizm şirkətlərinə lisenziya verilişi ləğv edildikdən sonra ölkədə çoxsaylı turzm şirkəti və mehmanxana peyda olub. Bunlar da özbaşına fəaliyyət göstərməyə başaldılar. Nəticədə də bunun fəsadları ümumilikdə turizm sektoruna dəyir. Məhz bu özbaşına fəaliyyət nəticəsində bu yaxınlarda Nigeriyadan olan 4-5 idmançı dünyasını dəyişdi və bunun məsuliyyətini heç kim üzərinə götürmədi. Onlar evdə ölsələr də, mehmanxanada ölmələri faktlaşdırıldı. Ona görə də təklif edirəm ki, bütün turzim şirkətləri və mehmanxanaları turizm reyestrinə daxil edilsin. Reyestrə daxil edilməyənlərin fəaliyyəti dayandırılsın”.

Deputat qanun layihəsinə məktəblilər, gənclər və uşaq turizmi ilə bağlı müddəanın salınması, həmçinin, turizmin inkişaf etdirilməsi məqsədi ilə bu sektorda xidmət səviyyəsinin artırılması, qiymətlərin tənzimlənməsi ilə bağlı da təkliflər verib.

Deputat Jalə Əliyeva isə qanun layihəsindəki bəzi üslub səhvlərinə, ümumi sənədin dilinə öz etirazını bildirib:

“Qanunun dili sadə və başadüşülən olmalıdır”.

Milli Məclisin Sosial qanunvericilik şöbəsinin əməkdaşı Adil Vəliyev bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsi ilkin variantdan xeyli fərqlənir:

“Qanun layihəsin ixstisar edilərək 88 maddədən 70 maddəyə endirilib. Bu, hələ də tam yetkin qanun layihəsi deyil və bir sıra maddələr ixrisar oluna bilər. Yəni, bu, son deyil. Qanunda turizm sektorunun stimullaşdırılması məqsədi ilə bir sıra müddəalar nəzərdə tutulub. Hansı ki, turizm sektoruna sərmayə qoyan sərmayədarlara güzəştlərin tətbiqini nəzərdə tutur”.

A.Vəliyev əlavə edib ki, sənəddə turzimin müxtəlif növlərinin hüquqi tənzimlənməsi və inkişaf strategiyası öz əksini tapıb.

Müzakirələrdən sonra “Turizm haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm