Araz Ərizadə: “Bizdə qalxan qiymətlər enmir”
Bizi izləyin

İqtisadi gündəm

Araz Ərizadə: “Bizdə qalxan qiymətlər enmir”

“Azərbaycanda artıq ənənvi olaraq ildə iki dəfə 20-25 faiz xüsusilə ərzaq və dərmanların qiymətlər artır. Bu ölkədə ciddi narahatlıq yaradıb”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Araz Ərizadə bildirib.

A.Əlizadə deyib ki, ölkə Prezidenti ildə iki dəfə maaşların artırılması ilə bağlı qərar qəbul edir:

“Ancaq bununla bərabər ölkədə bəziləri tərəfindən dərhal müvafiq olaraq 20-25 faiz qiymətlər artırılır. Bununla da atılan addımın əhəmiyyətini itirirlər. Bu hara gedir? Bizdə məşhur deyim var ki, bir daha qalxan bayraq, bir daha enməz. Amma təəssüf ki, bizdə qalxan qiymətlər enmir, əksinə getdikcə daha da qalxır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm