Fikrət Yusifov: “Yevlaxda keçirilmiş respublika müşavirəsi xüsusi əhəmiyyət kəsb edir”
Bizi izləyin

İqtisadi gündəm

Fikrət Yusifov: “Yevlaxda keçirilmiş respublika müşavirəsi xüsusi əhəmiyyət kəsb edir”

Bu “Made in Azerbaijan” brendinin təşviqidir.

Bu ilin üç ayında ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payı 2,4 faiz, qeyri-neft sənayesinin payı 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb. 3 ay ərzində 80 mindən çox yeni iş yeri yaradılıb. Ölkənin ticarət dövriyyəsi 15 faiz, ixrac 50 faizə yaxın artıb, idxal 17 faiz azalıb. Kənd təsərrüfatı məhsullarının ixracı isə 44 faiz artıb. İlin ilk 3 ayında qazancımız 1 milyard dollardan artıqdır.

Lakin bunlar yetərli deyil. Qarşıya qoyulan məqsəd yeni iqtisadi modelə keçməklə bundan sonra iqtisadiyyatı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektoru hesabına inkişaf etdirməkdir. Qeyri-neft sektoru inkişaf etsə də, hələ ki, ixracda istənilən naliyyəti əldə edə bilməmişik.

“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin (BİAB) sədri Fikrət Yusifov Publika.az-a açıqlamasında bildirib ki, dünya iqtisadi müstəvisində baş vermiş təlatümlər fonunda ötən il ölkəmizin iqtisadiyyatında yaranmış durğunluq bu gün artıq öz yerini sürətli inkişafa verib: “Belə pozitiv göstəricilərin əldə edilməsi yaranmış şəraitdə hökumətin apardığı düzgün iqtisadi islahatların nəticəsində mümkün ola bildi. Tədqirəlayiq haldır ki, bu gün hökumət aparılan islahatların uğurlu nəticələri ilə kifayətlənmir, o, eyni zamanda qeyri-neft sektorunda istehsalı getdikcə artan məhsulların xarici bazarlarda reallaşdırılmasını nəzərdə tutan konkret addımlar atır. Bu məqsədlə dövlət başçısının sədrliyi ilə Yevlaxda keçirilmiş qeyri-neft ixracatçılarının respublika müşavirəsi xüsusi əhəmiyyət kəsb edir. Ölkə iqtisadiyyatının neftdən asılılığını optimal həddə endirilməsini hədəfləyən və təməli hələ 1994-cü ildə qoyulan bu siyasət, 2004-cü ildən çox uğurla həyata keçirilməyə başladı. Belə iqtisadi strategiya Ümumi Daxili Məhsulda qeyri-neft sektorunun payının durmadan artmasına və iqtisadiyyatın əsaslı şəkildə şaxələndirilməsinə gətirib çıxara bildi. Prezident İlham Əliyevin qeyri-neft ixracatçılarının respublika müşavirəsində dediyi kimi – “Biz bu gün inamla deyə bilərik ki, Azərbaycan öz iqtisadi potensialını şaxələndirə bilib. Hazırda qeyri-neft sektorumuz iqtisadiyyatımızın təxminən 65 faizini təmin edir”. Bir neft hasilatçısı olan ölkə üçün 10 ildən bir qədər artıq vaxt ərzində ÜDM-un tərkibində real sektorun payının bu həddə qədər yüksəldilməsi hökumətin apardığı iqtisadi siyasətin nə qədər doğru olduğunun əyani göstəricisidir”.

F.Yusifovun sözlərinə görə, indi əsas məsələ real sektorda istehsal olunan məhsulların daha səmərəli ixracını həyata keçirməyin optimal yollarının araşdırılıb tapılmasından və bu işin müasir tələblər səviyyəsində qurulmasıdır: “Real sektorun məhsullarının dünya bazarlarına çıxışının daha səmərəli yollarını müəyyən etməyi hədəfləyən bu siyasət, yaxın gələcəkdə öz bəhrəsini şübhəsiz vrəcək. Bu yöndə uğurlu addımlardan biri ixracın genişləndirilməsi məqsədilə “Made in Azerbaijan” brendi altında qeyri-neft məhsullarının xarici bazrlarda satılmasının təşviqidir. Xarici bazarlarda Azərbaycan məhsullarının reallaşdırılması işində sahibkarlara daha yaxından kömək göstərilməsi məqsədilə atılan uğurlu addımlardan biri də bir çox ölkələrdə ticarət evlərinin yaradılmasından ibarətdir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm