Prezidentin hökuməti toplamasının mühüm səbəbi
Bizi izləyin

İqtisadi gündəm

Prezidentin hökuməti toplamasının mühüm səbəbi

Paytaxt və regionlarda qeyri-neft sektoru və kənd təsərrüfatının inkişafı ilə bağlı konkret müşavirələrin keçirilməsində əsas məqsəd iqtisadi reputasiyanın sürətlənməsinə və ölkənin ixrac qabiliyyətinin artırılmasına nail olmaqdır.

Bu sözləri Axar.az-a ötən gün Prezident İlham Əliyevin sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsinin əhəmiyyətini şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, müşavirədə ölkə iqtisadiyyatın reputasiyası üçün vacib olan istiqamətlərə toxunuldu:

“Söhbət qeyri-neft sektoru hesabına iqtisadiyyatın artırılmasından gedir və bu, postneft dövründə iqtisadiyyatın şaxələnməsinin əsas hədəflərindən biridir. Ölkə başçısı paytaxt, eləcə də regionlarda qeyri-neft sektoru və kənd təsərrüfatının inkişafı ilə bağlı konkret müşavirələr keçirib. Burada əsas məqsəd iqtisadi reputasiyanın sürətlənməsinə və ölkənin ixrac qabiliyyətinin artırılmasına nail olmaqdır. Nəzərə alsaq ki, neftin dünya bazar qiyməti ilə bağlı proqnozlar vermək artıq xeyli çətinləşib. Hətta bəzi proqnozlara görə, neftin qiyməti 35 dollara qədər aşağı düşə bilər. Çünki artıq şist neftinin maya dəyəri 30 dollara qədər azalıb və müəyyən müddətdən sonra OPEK-in neft hasilatının azaldılması ilə bağlı yanaşmasını da dəyişəcəyi istisna edilmir. Bu kontekstdən qeyri-neft sektorunun inkişafı prioritetdir. Azərbaycan üçün qeyri-neft iqtisadiyyatının artırılması ölkəyə daxil olan valyutanın həcminin artırılması baxımından da vacibdir”.

İqtisadçının sözlərinə görə, müşavirə hökumət üçün yeni hədəflərin müəyyələşdirilməsində mühüm rol oynayır:

“Yalnız ənənəvi bazarlara deyil, yeni bazarlara çıxış imkanlarının artırılması bir hədəf olaraq qarşıya qoyuldu. Düşünürəm ki, qeyri-neft sektorunun ixrac qabiliyyətinin artırılması və bu potensiladan istifadə ölkə iqtisadiyyatının diversifikasiyası istiqamətində hədəflərə nail olmaq baxımından çox vacibdir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm