İqtisadi gündəm
ABŞ maliyyə naziri: "Vergi islahatları büdcə kəsirinə səbəb ola bilər"
ABŞ maliyyə nazirliyinin əsas vəzifələri - ölkənin vergi sistemini dəyişdirmək və sanksiyalar vasitəsilə terrorçuluğun maliyyələşdirilməsini dayandırmaqdır.
Trend-in RİA Novosti-yə istinadən verdiyi
məlumata görə, bunu ABŞ maliyyə naziri Stiven
Mnuçin Beynəlxalq valyuta fondunun rəhbəri Kristin
Laqarda görüşdə deyib.
Onun sözlərinə görə, vergi islahatlarının keçiriləcəyi ilk vaxtlar
büdcə kəsiri ola bilər.
"Həqiqətən də, sanksiyalar işləyir. Əsas vəzifəmiz onların
vasitəsilə terrorizmin maliyyələşdirilməsinin qarşısının
alınmasıdır. İslahatların digər vəzifəsi sıravi amerikalının daha
çox pul əldə etməsinə kömək etməkdir", - nazir bildirib.
Eyni zamanda, Mnuçin etiraf edib ki, birinci mərhələdə islahat "bir
sıra çətinliklərə", məsələn, büdcə kəsirinin artmasına gətirib
çıxara bilər.
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ